DÜNYA


Dəməşqdə partlayış: həlak olan 8 hərbçidən biri generaldır

Bakı, 18 yanvar, AZƏRTAC

Ötən gecə Suriyanın paytaxtı Dəməşq ətrafında yerləşən Hərbi Hava Qüvvələrinin kəşfiyyat binasının yaxınlığında güclü partlayış baş verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, terror aktı nəticəsində 8 hərbçi həlak olub. Onların arasında adı məxfi saxlanılan briqada generalı da var.

Partlayışı ölkədə bir müddət əvvəl elan olunmuş atəşkəsə qoşulmayan “Fəcr Umma” qruplaşmasının həyata keçirdiyi bildirilir.

Xatırladaq ki, yanvarın 14-də Dəməşq yaxınlığındakı Vadi-Bərad vadisində bu regionda lokal barışıq prosesini koordinasiya edən suriyalı general Əhməd əl-Qadban güllələnmişdi. Hökumət hesab edir ki, bu qətl “Cəbhət əş-Şam” (keçmiş “Cəbhət ən-Nusra”) qruplaşması tərəfindən törədilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.