CƏMİYYƏT


Dillər Universitetində Yaponiya İmperatoru Akihitonun doğum günü qeyd olunub

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Yapon Mərkəzinin təşkilatçılığı ilə Yaponiya İmperatoru Akihitonun doğum günü qeyd olunub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Azərbaycan ilə Yaponiya arasında mövcud olan əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Yapon Mərkəzinin rəhbəri Yaşar İbrahimov bu qurumun fəaliyyəti, eləcə də yapon dilinin tədrisi haqqında məlumat verib. Y.İbrahimov Yaponiya səfirliyinin mərkəzə daim dəstək olduğunu söyləyib.

ADU-da ilk dəfə olan Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi İmperator Akihitonun doğum gününə həsr olunan tədbirin Dillər Universitetində keçirilməsini yüksək qiymətləndirib. O, səfirliyin bundan sonra da mərkəzə dəstək olacağını qeyd edib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan və Yaponiya arasında əlaqələrin tarixi köklərə söykəndiyini bildirib. Hər iki ölkənin Şərq dəyərlərinin daşıyıcısı olduğunu deyən M. İbrahimqızı Yaponiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib.

Tədbir çərçivəsində ADU-nun tələbələri müxtəlif yapon mədəniyyəti nümunələrini, o cümlədən milli rəqs və mahnılar ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.