REGİONLAR


Dini radikalizmlə mübarizədə gənclərin rolu müzakirə olunub

A+ A

Şəki, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə iyulun 5-də Şəkidə keçirilən konfransda multikultural cəmiyyətdə dini ekstremizmlə mübarizədə gənclərin rolundan ətraflı bəhs olunub.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin akt zalında keçirilən konfransın əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov açaraq gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmanın təmin edilməsində, gənclər arasında milli mənəvi dəyərlərin təbliğində belə maarifləndirici tədbirlərə böyük ehtiyac olduğunu vurğulayıb.

Konfransda DQİDK-nın dilşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov və başqaları çıxış edərək, ölkəmizdə dövlət-din münasibətlərindən, xalqımızın zəngin tolerantlıq ənənələrindən, müstəqilliyimizin bərpasından sonra milli mənəvi dəyərlərə qayıdış prosesindən, zərərli dini cərəyanlara qarşı görülən tədbirlərdən bəhs edib, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonra DQİDK-nın sifarişi ilə hazırlanan, dini ekstremizmin yaranma səbəblərinə və fəsadlarına həsr olunan ”Fitnə” filmi nümayiş etdirilib.

Konfransın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.