DÜNYA


Donald Trampın ilk xarici səfəri Səudiyyə Ərəbistanından başlayıb

Bakı, 20 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ilk xarici turnesinin başlanğıc nöqtəsinə - Ər-Riyada gəlib. O, sabah İsrailə və Vatikana gedəcək, daha sonra Brüsseldə NATO-nun sammitində iştirak edəcək, həmçinin Siciliyada Yeddilik Qrupunun liderləri ilə görüşəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ evin başçısı Səudiyyə Ərəbistanına səfəri zamanı ölkə rəhbərliyi ilə əməkdaşlığın güclənməsi və münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək. Onun kral Salman bin Əbdüləziz Əl Səudla görüşü planlaşdırılır. Səudiyyə-Amerika sammiti “Birlikdə hədəfə çatacağıq” şüarı altında keçiriləcək. Tərəflər bir sıra məsələləri, əsasən iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.

Donald Trampın Ər-Riyadda, həmçinin Fars Körfəzinin Ərəb Ölkələri Əməkdaşlıq Şurasının yüksək səviyyəli görüşü baş tutacaq. Sonradan bu görüşə 40 ərəb və müsəlman ölkəsi də qoşulacaq.

Müşahidəçilər ABŞ Prezidentinin bu səfərini təhlil edərkən, Səudiyyə Ərəbistanı Baş nazirinin ikinci müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salman Əl Səudun Donald Trampı “müsəlmanların həqiqi dostu” kimi səciyyələndirdiyini xatırladırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.