SİYASƏT
Dünya İqtisadi Forumunun proqramı açıqlanmışdır VİDEO
Bakı, 9 yanvar (AZƏRTAC). Yanvarın 22-25-də İsveçrənin Davos şəhərində keçiriləcək ənənəvi illik Dünya İqtisadi Forumunun proqramı açıqlanmışdır.
Forumun mövzusu “Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr” olacaqdır.
Siyasi liderlər, tanınmış iş adamları və jurnalistlər dünyanı narahat edən problemləri, müasir cəmiyyətin qarşılaşdığı qlobal, regional və sənaye transformasiyalarını müzakirə edəcəklər. Proqrama qlobal enerji məsələləri, Yaxın Şərqdə və Suriyada cərəyan edən proseslərə həsr olunmuş debatların keçirilməsi də daxildir. Həmçinin Nobel mükafatı laureatları ilə görüşlərin, ABŞ, Rusiya, Çin üzrə sessiyaların təşkili də nəzərdə tutulur.
Forum çərçivəsində yanvarın 23-də Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq məsələləri, bölgənin iqtisadi bazasının şaxələndirilməsi, transsərhəd ticarətin artırılması və s. mövzular müzakirə olunacaqdır.