ELM VƏ TƏHSİL
“Düzgün esse yazılışı” seminarı təşkil olunacaq
Bakı, 11 may, AZƏRTAC
Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi direktor vəzifəsinə işə qəbul olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı təşkil edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mayın 13-də Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki imtahan mərkəzində keçiriləcək elektron sınaq imtahanından dərhal sonra “Düzgün esse yazılışı” seminarının təşkili də nəzərdə tutulur.
Seminarda esseyə qoyulan tələblər, qiymətləndirmə meyarları izah olunacaq, esse yazısından yüksək bal əldə etməyin yolları öyrədiləcək.
Sınaq imtahanında iştirak etmək istəyənlər http://bit.ly/2qSvf1U linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.