DÜNYA


Ermənistan hakimiyyəti Statistika Komitəsinə miqrasiya ilə bağlı məlumatları yaymağı qadağan edib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

İqtisadi tənəzzül, sosial böhran Ermənistanda miqrasiya tempini artırıb. Bu barədə həqiqətlər isə işğalçı ölkənin hökuməti tərəfindən ciddi cəhdlə gizlədilir. Ermənistan Statistika Komitəsinə miqrasiya ilə bağlı məlumatların yayılması qadağan olunub.

1991-ci ildən indiyədək Ermənistanı 1,5 milyon insan birdəfəlik tərk edib. Bu barədə sosioloq Ruben Yeqanyan məlumat verib. O deyib ki, hər il ölkədən geri qayıtmamaq şərti ilə 35 mindən çox Ermənistan vətəndaşı köçür. Miqrasiya ilə bağlı statistik məlumatlar hökumət tərəfindən ciddi cəhdlə gizlədilir. Hətta Ermənistan Statistika Komitəsinə bu barədə xəbər yaymaq qadağan edilib.

Ermənistan vətəndaşı Stella Arutunyan da hakimiyyətin iç üzünü açıb. O, “Epress Armenian” xəbər portalına müsahibəsində vaxtilə Azərbaycandan köçən ermənilərin ölkədə əsir həyatı yaşadığını deyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.