CƏMİYYƏT


Eşitmə və nitq problemləri olan gənclərə teatr əsaslı psixoloji təlimlər keçiriləcək

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sakit! Tamaşa gedir…” layihəsinin icrasına başlanılıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə rəhbəri Ayşəm Balayevanın verdiyi məlumata görə, layihənin keçirilməsində məqsəd əlilliyi olan gənclərin asudə vaxtlarını daha səmərəli təşkil etməklə onların cəmiyyətə inteqrasiyasını, aktiv həyat tərzi sürmələrini təmin etməkdir.

Qeyd edək ki, “Sakit! tamaşa gedir…” layihəsi çərçivəsində eşitmə və nitq problemləri olan gənclərə teatr əsaslı psixoloji təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən yeniyetmə və gənclərin pantomim formatında teatr tamaşalarına səfərləri nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.