DÜNYA
Fransa Kristof de Marjerinin həlak olmasının təfsilatını araşdırmaq üçün Moskvaya ekspertlər göndərir
Təyyarə qəzalarının təhqiqatı üzrə büro (BEA) Total konserninin icraçı direktoru Kristof de Marjerinin həlak olmasının təfsilatını araşdırmaq üçün öz ekspertlərini Moskvaya göndərir. Büronun üç müstəntiqinin yaxın saatlarda Rusiyaya gəlməsi gözlənilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kristof de Marjerinin faciəli ölümü Fransa üçün əsl sarsıntı olub. Artıq bu ölkənin prezidenti Fransua Olland, hökumət başçısı Manuel Vals və bir çox nazirlər bununla əlaqədar başsağlığı veriblər.
Bu gün Paris birjasının açılışı Totalın aksiyalarının 7 faizə qədər enməsi ilə müşayiət olunub. Lakin kompaniyanın direktorlar şurasının Kristof de Marjerinin sələfini təyin etmək üçün yaxın saatlarda toplanacağı barədə xəbər ehtirasları bir qədər səngidib. Hazırda Totalın aksiyalarının qiyməti 42,675 avro (-0,62 faiz) ətrafında dəyişir.