DÜNYA
Fransız qadın pensiyaya görə anasının cəsədini 7 il gizlədib
Bakı, 31 may, AZƏRTAC
Fransanın cənub-qərbində yerləşən Landı departamentinin sakini anasının pensiyasını almaq üçün onun cəsədini 7 il dondurucu kamerada saxlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 50 yaşlı qadın dələduzluqla bağlı jandarmeriyaya çağırılıb. O, dindirilmə zamanı 83 yaşında ölmüş anasının cəsədini indiyədək torpağa basdırmadığını və bağçanın dərinliyində yerləşən dondurucu kamerada saxladığını etiraf edib.
Hazırda yaşlı qadının ölüm səbəbini təyin etmək üçün təhqiqat başlanıb. Yaxın vaxtlarda cəsədin qalıqlarının ekspertizası keçiriləcək.
Mərhumun pensiyasının ayda təxminən 2 min avro həcmində olduğu bildirilir. LCI telekanalının məlumatına əsasən, pensiyaçı qadın 2010-cu ildə dünyasını dəyişib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]