İDMAN


Futbol üzrə Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib

A+ A

Bakı, 11 avqust, AZƏRTAC 

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, hesabında 253 xal olan Azərbaycan milli komandası 136-cı yerdə qərarlaşıb. Millimiz ötən ayla müqayisədə bir pillə irəliləyib. Hesabat dövründə heç bir oyun keçirməyən yığmamızın xal hesabı dəyişməyib. Buna digər ölkələrin nəticələri səbəb olub. Ötən ay millimizi qabaqlayan Salvador 12, Kuba 30 pillə geriləyərək daha aşağı pillələrə yuvarlanıb.

Reytinq siyahısında dünyanın ən güclü 10 komandasının mövqeyində də heç bir dəyişiklik olmayıb. Argentina birinci, Belçika ikinci, Kolumbiya isə üçüncü sıradakı mövqelərini qoruyub.

Millimizin 2018-ci ildə keçiriləcək dünya çempionatındakı rəqiblərindən Almaniya, Şimali İrlandiya və San-Marinonun da mövqeyi dəyişməyib. Çexiya ilə Norveç isə bir pillə geriləyib. Almaniya 4-cü (ötən ay da 4-cü), Şimali İrlandiya 28-ci (28), Çexiya 34-cü (33), Norveç 50-ci (49), San-Marino 200-cü (200) yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.