MƏDƏNİYYƏT


Gənc aktyorlar “Yol kənarı”nda

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakıda “Yol kənarı” adlı bədii filmin təqdimatı olub. Ekran əsəri gənc rejissor Anar Qasımovun quruluşunda təqdim edilib. “Filmin əsas mövzusu, gəncləri qumar və bu tipli oyunlardan uzaqlaşdırmaqdan ibarətdir. Bu filmdə yolun kənarında yaşayan, kimsəsiz birinin özü kimi bir gəncə kömək etməyə çalışmasından bəhs edilir. Sonda öz həyat yolu yarımçıq qalsa da, gəncin həyatını xilas edə bilir”, - deyə filmin rejissoru Anar Qasımov AZƏRTAC-a bildirib. Ekran əsərinin ssenari müəllifi Anar Qasımovdur.

Tərbiyəvi və maarifləndirici əhəmiyyət daşıyan ekran əsərində rollara gənc aktyorlardan ibarət heyət - Ruzi Qasımzadə, Azad Hüseynli, Pərviz Nəbiyev, Vüsalə Məmmədova, Kamran Mustafayev, Əli Əhmədli, Məmməd Məhərrəmov, Kənan Qasımlı və başqaları çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.