Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Gənc heykəltəraş-rəssamın arzuları

Bakı, 4 fevral, Ceyhun Alışlı, AZƏRTAC

Min illərlə yaşı olan heykəltəraşlıq sənəti bəşər tarixinin canlı şahidi olmaqla yanaşı, həm də insanların ətraf aləmə bədii estetik münasibətinin ifadəsidir. Təsadüfi deyildir ki, heykəltəraşlıq - sənətkarın nəcib əməllərini, ad-sanını əsrlər boyu yaşadan ən gözəl sənət növlərindən sayılır. İnsan şəxsiyyətini arxivləşdirən, onu tarixin yaddaşına əbədi həkk edən bu şərəfli sənətdə heykəlləşən şəxsiyyətlər və sənətkarlar az-az olur. Bu sahədə elə sənətkarlarımız var ki, yaratdıqları sənət əsərləri ilə tarix yazıblar. Onların sənət yolu bu gün də istedadlı gənc heykəltəraşlar tərəfindən uğurla davam etdirilir. Belə gənclərdən biri də Azad Aslanovdur. AZƏRTAC-ın müxbiri adını Azərbaycan heykəltəraşlıq sənətinin böyük simaları sırasına yazdırmaq iddiasında olan gənc heykəltəraş-rəssam Azad Aslanovla həmsöhbət olub.

- Sizdə incəsənətə maraq haradan yaranıb?

- Uşaqlıqdan bu sahəyə marağım böyük idi. Hətta 4-5 yaşımda rənglərə olan həvəsim, fırça ilə işləməyim gündəlik vərdişə çevrilmişdi. Bəlkə də özüm də bilmədən bu həvəs məni incəsənətə gətirib çıxardı. Yetkinlik yaşıma çatanda artıq tətbiqi-dekorativ və heykəltəraşlıq janrlarında nələrsə yaratmağa can atırdım. Bu, məndə alınırdı. Ərsəyə gətirdiyim hər bir iş məni gündən-günə ruhlandırdı. Düşünürəm ki, incəsənətə olan bağlılığımın kökü buradan qaynaqlanır.

- Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin birinci kurs tələbəsisiniz. Artıq professional incəsənətə gedən istiqamətin astanasındasınız. Gələcək planlarınızın bölgüsünü necə aparırsınız?

-Əvvəlcə onu deyim ki, planlarımı hələ Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (indiki İncəsənət Kolleci) təhsil alarkən düşünmüşəm. Deyə bilirəm ki, hazırda Dövlət Rəssamlıq Akademiyasında təhsil almağım da məhz o planlarımın tərkib hissəsidir. Heykəltəraşlıq sahəsi olduqca çətin, eyni zamanda maraqlı sahədir. Bundan sonrakı sənət fəaliyyətim bu sahəni özümdə inkişaf etdirməyə yönəlib. Bunun üçün lazım olan hər bir yeniliyi öyrənməyə can atıram. Yeni-yeni işlər ərsəyə gətirirəm. Çalışıram ki, istər ölkə daxilində, istərsə də ölkənin hüdudlarından kənarda reallaşan festival və müsabiqələrə qatılım. Müəyyən mənada buna nail olmuşam. Uğurlarım da var və bu, hələ ki, başlanğıcdır. Beynəlxalq incəsənət festivallarında qazandığım nailiyyətlər bir azərbaycanlı gənc kimi məni ruhlandırır. Əlbəttə, bu yöndə səylərimi davam etdirəcəyəm.

- Bəlkə uğurlarınızı bizimlə də bölüşəsiniz?

- Böyük məmnuniyyətlə. Bu yaxınlarda Rusiyanın Yekaterinburq şəhərində gənclər arasında təşkil olunmuş “Arzuların rəngarəngliyi” adlı Beynəlxalq Virtual Sərgiyə qatıldım. Sərgiyə təqdim etdiyim “Casusların öpüşü” əsərim birincilik qazandı və diplomla təltif olundum. Bundan başqa, Ç.Darvin adına Moskva Dövlət Muzeyində gerçəkləşən beynəlxalq müsabiqədə “Pişiyin doqquz canı” adlı əsərimlə birincilik qazandım. O müsabiqədə üç nəfər birincilik qazanmışdı, onlardan biri də mən idim. Daha sonra “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsində də müəyyən uğurlarım oldu, diplomla təltif edildim. Əlbəttə, uğurlarımın çoxluğu məni daha böyük əzmlə işləməyə həvəsləndirir.

- Yəqin ki, bu yolda sizə dəstək olan müəllimləriniz var. Onların məsləhətindən yetərincə faydalana bilirsinizmi?

- Təhsil aldığım akademiyada respublikamızın tanınmış heykəltəraş-rəssamları dərs deyir. Mən də sənət ilhamımı o sənətkarlardan almağa can atıram. Hələ Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil aldığım vaxtlarda tanınmış heykəltəraş-rəssamımız Əhməd Bədəlovdan çox şeylər öyrəndim. İndi də akademiyada müəllimim Rahib Qarayevdən sənətin sirlərini öyrənirəm. Ümumiyyətlə, akademik Ömər Eldarovun rəhbərlik etdiyi akademiyada olduqca şəffaf mühit yaradılıb ki, bu da sənətinə qırılmaz tellərlə bağlanmaq həvəsi olan hər bir istedadlı gənci davamlı nailiyyətlərə səsləyir. Bu, gələcək hədəflərimizə çatmaq üçün bizdə ruh yüksəkliyi yaradır.

-Hazırda hansı işlər üzərində çalışırsınız?

- “Dayanacaqda cazmenlər taksi gözləyirlər” adlı abstrakt üslublu bir əsər üzərində işləyirəm. Bu əsərimlə bir çox beynəlxalq festivallara qatılmaq niyyətindəyəm. Bundan əlavə, yaxın gələcəkdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Mərkəzində və İtaliyada baş tutacaq “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisinə qatılmağı planlaşdırıram. Artıq indidən sözügedən beynəlxalq sərgilərə hansı əsərlərimlə qatılacağımı nəzərdən keçirirəm.

-Gələcəkdə kimin heykəlini yaratmaq istəyərdiniz?

-Toxunduğunuz mövzu ilə bağlı illərdir ki, düşünürəm. Əslində, hansısa bir tarixi şəxsiyyətin heykəlini yaratmaq istəyim hələ ki, yoxdur. Bu yöndə görəcəyim işləri zamanın öhdəsinə buraxıram. Ancaq hazırkı arzum Aleksandr Dümanın “Dəmir maskalı adam” əsərində maskalı adam obrazını heykəlləşdirəcəm.

Maraqlı müsahibə üçün təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib