CƏMİYYƏT


Gəncədə bir çox xəstəxana və dispanserlər ixtisaslaşmış tibbi xidmət göstərir

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyində 35 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 16-sı stasionar, 19-u poliklinika tiplidir. İl ərzində Səhiyyə Nazirliyi tərəfindən bölgədə ən böyük xəstəxanalardan biri olan 285 çarpayılıq Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, 80 çarpayılıq Yoluxucu Xəstəliklər Xəstəxanası, 6 saylı poliklinika əsaslı təmir olunaraq müasir tibbi avadanlıq və inventarlarla təchiz edilib. Səhiyyə Nazirliyi tərəfindən A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanası ən müasir müayinə metodlarından sayılan nüvə maqnit rezonans tomoqrafiyası, kompyuter tomoqrafiyası, USM müayinə, rəqəmsal rentgen aparatları, kliniki, biokimyəvi, immumoferment analizatorlarla, narkoz aparatları, monitorlarla və digər avadanlıqlarla təmin olunub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, xəstəxananın nəzdindəki 40 çarpayılıq hemodializ şöbəsində 250 nəfərədək xəstə dializ müalicəsi alır. Gəncədə bir çox xəstəxana və dispanserlər ixtisaslaşmış tibbi xidmət göstərir. Şəhərdəki 2 saylı uşaq poliklinikasının nəzdində Naftalan, Daşkəsən, Kəlbəcər, Goranboy, Gədəbəy, Şəmkir, Samux, Tovuz, Qazax, Ağstafa, Göygöl rayonlarını əhatə etməklə Regional Uşaq Psixi Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bütün gün ərzində fəaliyyət göstərir və şəhərin dörd istiqamətində bölmələri var. Şəhərdə 2009-cu ildən fəaliyyət göstərən Regional Perinatal Mərkəz Qərb bölgəsinin 11 rayonunun əhalisinə III səviyyə üzrə perinatal və neonatal ixtisaslaşmış tibbi xidmət göstərir. Onkoloji Xəstəxananın şüa müalicə bölməsi Çexiya istehsalı olan müasir “Terebalt” şüa müalicə aparatı ilə təmin edilib. Nəticədə xəstələrin şüa diaqnostikası və şüa müalicəsi üçün Bakı şəhərinə getmələrinə heç bir ehtiyac qalmır. Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılması da diqqət mərkəzində saxlanılır. Belə ki, bu il 158 həkim və 233 orta tibb işçisi təkmilləşmə kurslarında olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.