DÜNYA


Gürcüstanda aviataksilər istifadəyə veriləcək

A+ A

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Gürcüstanda “Aviator” brendi altında yeni hava taksisinin (aviataksi) istifadəyə verilməsi nəzərdə tutulub.

Layihənin təşəbbüskarı olan “Adjara Group” şirkətinin baş direktoru Valeri Çexeriya jurnalistlərə bildirib ki, artıq ABŞ-dan 8 yerlik “Beechcraft” tipli kiçik təyyarələr də alınıb. Hazırda şirkət aviataksi üçün lisenziyanın alınması məsələsini həll edir.

O, aviataksidə sərnişin biletlərinin qiyməti barədə məlumat verməyib. Bildirib ki, aviataksilər Tbilisidən Batumi, Kazbeqi və Svaneti istiqamətlərində uçacaq. Gələcəkdə şirkət ölkənin digər turizm bölgələrinə də belə reysləri açmağı planlaşdırır.

Avitataksilərin sərnişinləri digər təyyarə reyslərində olduğu kimi, saatlarla qeydiyyat üçün növbədə dayanmayacaqlar. Onlar uçuşa 10-15 dəqiqə qalmış dayanacağa gələrək qısa gömrük baxışından keçməklə istədikləri məntəqəyə uça biləcəklər.

Valeri Çexeriyanın sözlərinə görə, aviataksilər noyabrın 15-dən ilk uçuşları həyata keçirəcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.