DÜNYA


Gürcüstanda həqiqi hərbi xidmətə çağırış bərpa ediləcək

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Gürcüstanın Müdafiə Nazirliyi vətəndaşların həqiqi hərbi xidmətə çağırışını bərpa edəcək.

Bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoria jurnalistlərə müsahibəsində bildirib.

Nazir deyib ki, vətəndaşların hərbi xidmətə çağırışı yeni formada bərpa olunacaq və gənc əsgərlərin aylıq əməkhaqları 50 GEL-ə (təqribən 20 dollar) qədər artırılacaq.

L.İzoria deyib ki, çağırışçılar hərtərəfli ibtidai hazırlıq keçəcək, mükəmməl hərbçilər kimi formalaşacaq, istirahət günlərindən istifadə edə biləcəklər. Yenilənmiş icbari hərbi xidmət xərclərə qənaət edilməsinə, orduya çağırış sisteminin peşəkar səviyyədə həyata keçirilməsinə və həm ehtiyat, həm də müqavilə üzrə daha çox kadrın hazırlanmasına imkan verəcək.

Qeyd edək ki, vətəndaşların həqiqi hərbi xidmətə çağırışı sabiq müdafiə naziri Tinatin Xidaşelinin əmri ilə dayandırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.