İQTİSADİYYAT


Hökməli-Qobu-Güzdək avtomobil yolunda təmir işləri aparılır VİDEO

A+ A

Bakı, 27 iyul, AZƏRTAC 

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən “Azəravtoyol” ASC tərəfindən Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işləri davam etdirilir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolunun uzunluğu 11 kilometr, eni isə 9,5 metrdir.

Hökməli istiqamətindən başlanılan təmir-tikinti işləri zamanı yolun 1,5 kilometrlik hissəsi əsaslı şəkildə təmir olunur, 9,5 kilometrlik hissəsində isə orta təmir işləri aparılır.

Təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Əsaslı şəkildə aparılan təmir işləri zamanı isə yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 kilometr uzunluğunda drenaj sistemi yaradılıb.

Hazırda əsaslı şəkildə təmir işlərinin aparıldığı 1,5 kilometrlik ərazidə yolun hərəkət hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.