ELM VƏ TƏHSİL


Hüseyn Cavidin vəfatından 75 il ötür

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də böyük şair və dramaturq Hüseyn Cavidin uzaq Sibirdə vəfat etməsinin 75 ilinin tamam olması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyində anma tədbiri keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük şair Hüseyn Cavidin həyat yolundan və zəngin yaradıcılığından danışıb. O qeyd edib ki, şair amansız repressiya dövründə həbs olunaraq 1939-cu ildə uzaq Sibirə sürgün edilib, 1941-ci ildə orada da dünyasını dəyişib. Həmin tarixdən 41 il sonra uzaq Sibirdən Cavidin nəşinin doğma vətəni Azərbaycana gətirilməsi və doğulduğu Naxçıvan torpağında dəfn edilməsi, adının əbədiləşdirilməsi ulu öndər Heydər Əliyevin böyük ədibə diqqətinin nəticəsində mümkün olub.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev böyük şair və dramaturq Hüseyn Cavid irsinə daim yüksək diqqət göstərib.

Digər çıxış edənlər də Cavidin əsərlərinin əhəmiyyətindən bəhs ediblər.

Sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.