MƏDƏNİYYƏT


“İçərişəhərdə incəsənətlə istirahət günləri” maraqla qarşılanıb

A+ A

Bakı, 17 yanvar, AZƏRTAC

Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, İçərişəhərdə Kiçik qala, 105 ünvanında açıq səma altında gerçəkləşən sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə baş tutub.

Sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunub, balacalara heykəltəraşlıq, keramika və rəssamlıq sənətinin özəllikləri ilə bağlı məlumatlar verilib. Həmçinin xalq sənətini təbliğ edən qalereyada yerlı rəssamlarla yanaşı, Moldova, Litva və Ukrayna sənətkarlarının sənət əsərləri də nümayış olunub. Ekspozisiya xarici ziyarətçilərinə ölkəmizin qədim tarixi ilə tanış olmaq imkanı da yaradıb. Ölkəmizin mədəniyyəti və incəsənətinin təbliğinə yönələn sərgi iki gün ərzində maraqlı anlarla yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.