DÜNYA


İlk müasir optik prosessor nümayiş etdirilib

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Mühəndislər optik elektronikanın klassik elektronika ilə birləşdirilməsi vasitəsilə tam yeni müasir qurğuların yaradılması üzərində işi davam etdirir.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, bu fəaliyyətin nəticəsi kimi “Optalysys” şirkəti tərəfindən nümayiş etdirilən “GENESYS” optik prosessorunu qeyd etmək olar. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu bilavasitə “PCI Express” tipli genişləndirmə palatası şəklində adi adapteri xatırladan genişləndirmə platasıdır. Bununla yanaşı, “GENESYS” özünəməxsus bərkidici planka üçün qeyri-adi dörd çıxışlı form-faktora malikdir. “Optalysys” mütəxəssisləri əmindirlər ki, qurğu “pattern” kompüter proqramlarının tanınmasını, funksiyaların riyazi təhlilini, matrisaların ədədə vurulmasını və digər əməliyyatların sürətləndirilməsini təmin edəcək.

Gələn ilin sonunda qiymətləndirilməsi mümkün olacaq “GENESYS” prosessoru 20 giqahersli “pattern” proqramı (500х500 piksel təsvir ölçüsü) ilə təchiz ediləcək. Belə aşağı tezlik göstəriciləri qurğunun ənənəvi binar elektronika ilə müqayisədə nisbətən fərqli iş prinsipləri ilə izah edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.