DÜNYA


“Intel” 100 sürücüsüz avtomobildən ibarət park yaradır

Bakı, 11 avqust, AZƏRTAC

“Intel” şirkəti tərəfindən sürücüsüz avtomobillər üçün avadanlıq istehsalı ilə məşğul olan “Mobileye” şirkətinin satın alınması texnologiya nəhənginin sürücüsüz nəqliyyat vasitələri ilə məşğul olmaq niyyətindən xəbər verir. “Intel” şirkəti sürücüsüz avtomobillərdən ibarət park yaratmaq planını açıqlayıb.

AZƏRTAC “naked-science.ru” saytına istinadən bildirir ki, “Mobileye” şirkətinin avtonom avtomobillər sistemi artıq bir çox unikal avtomobil modelinə inteqrasiya edilib. Bu şirkəti satın almış “Intel” korporasiyası firmanın kompüter görüntüsü, kompüter təlimi və xəritəçəkmə sahəsi üzrə biliklərini öz hesablama gücü ilə birləşdirməyə ümid edir. Texnologiya nəhənginin “Mobileye” firması ilə birgə yaratmaq istədiyi universal sistem avtomobillərə bir-biri ilə daima məlumat mübadiləsi etməyə və onları bulud saxlanc sistemində saxlamağa imkan verəcək.

“Intel” şirkəti 100 sürücüsüz avtomobildən ibarət park yaratmağa hazırlaşır. Şirkət bu avtomobilləri artıq cari ildə ABŞ, Avropa və İsrailin avtomobil yollarında sınaqdan keçirməyi planlaşdırır. Bu, dördüncü avtonom səviyyəyə malik tamamilə sürücüsüz avtomobillər olacaq ki, bu da tam müstəqillik ifadə edir. Yalnız beşinci avtonom səviyyə istənilən yol və hava şəraitində insan müdaxiləsi tələb etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.