REGİONLAR


İnteraktiv açıq dərsdə muxtar respublikanın 195 məktəbi iştirak edib

Naxçıvan, 22 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində ingilis dili müəllimi Gülcahan Hacızadə tərəfindən müasir metodla ingilis dilində açıq dərs keçilib.

AZƏRTAC xəbər verir ki, açıq dərsdə tələbələr 4 qrupa bölünüb və onlara qrup işləri verilib. Qrup işi fərqli tapşırıqlardan ibarət olub. Məktəblilər sualları ingilis dilində cavablandırıb, verilən tapşırıqları yerinə yetiriblər. Onlar ölkəmiz, onun bölgələri, eləcə də muxtar respublika barədə məlumatlı olduqlarını nümayiş etdiriblər. Açıq dərs qiymətləndirmə ilə sona çatıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib. 2014-cü il iyulun 18-də muxtar respublika Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclis Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara tapşırıqlar verməsi, tapşırıqların uğurlu icrası bu sahədə yeni-yeni nailiyyətlər qazanılmasına imkan yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.