DÜNYA


İran üç milyon qaçqına sığınacaq verib

A+ A

Tehran, 5 sentyabr AZƏRTAC

İran İslam Respublikası 3 milyon qaçqına sığınacaq verib ki, bu da BMT tərəfindən yüksək qiymətləndirilir.

Bu sözləri BMT Baş katibinin humanitar və fövqəladə yardım məsələləri üzrə müavini Stiven Obrayen İranın daxili işlər naziri Əbdülrza Rəhmani ilə görüşündə deyib.

Nazir nəzərə çatdırıb ki, İran üç milyon Əfqanıstan qaçqınını qəbul edib. Onları ərzaq, geyim və imkan daxilində işlə təmin edib. Lakin beynəlxalq təşkilatlar bu məsələdə İrana çox cüzi yardım göstərir. BMT-nin qaçqınlarla iş üzrə agentliyi göstərilən yardımın yalnız 2 faizini təmin edir. Qalan xərcləri isə İran dövləti və ölkədə fəaliyyət göstərən humanitar təşkilatlar tərəfindən ödənilir.

Görüşdə BMT-nin qaçqınlarla iş üzrə agentliyi ilə İran arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğu da vurğulanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.