İDMAN
İran və Rusiya güləşçiləri “Gələcəyin olimpiyaçıları” açıq respublika turnirində iştirak edəcəklər
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, İran və Rusiya güləşçiləri də iştirak edəcəklər.
Turnirin məqsədi ölkəmizdə sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıları yığma komandaya cəlb etmək, həmçinin qonşu ölkələrin idmançıları ilə dostluq əlaqələrini möhkəmlətməkdən ibarətdir.
Turnirdə 10 çəki dərəcəsində 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr iştirak edə bilərlər. 2002-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışa buraxılacaqlar.
Proqrama əsasən, oktyabrın 2-də sərbəst güləşçilər, 3-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər.