DÜNYA


İraq ordusu Mosulun mərkəzinə doğru irəliləyir

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Mosul şəhərinin şərqində yerləşən altı rayonu İŞİD qruplaşmasından azad edən İraqın hökumət qüvvələri hücumlarını davam etdirir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yaraqlıların şiddətli müqavimətinə baxmayaraq, ordu şəhərin mərkəzinə doğru irəliləyir. Düşmən snayperlərdən, minalanmış avtomobillərdən istifadə edir, raket atəşləri açır. Bununla belə, komandanlıqdan verilən məlumata görə, İŞİD-in Mosuldakı müdafiə xətti gözlənildiyindən zəifdir.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatına oktyabrın 17-də start verilib. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyasının aviasiyası iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.