DÜNYA
İspaniyada Mərakeşdən gəlmiş səkkiz terrorçu yaxalanıb
Madrid, 26 aprel, AZƏRTAC
İspaniya polisi Mərakeşdən terror aktı törətmək niyyəti ilə İspaniyaya gəlmiş 8 terrorçunu yaxalayıb. Əməliyyat Barselona və onun ətrafındakı kəndlərdə keçirilib.
Yaxalanmış şəxslər terrorçu qruplaşmalar ilə əlaqədə olduqlarını etiraf ediblər. Onlar, həmçinin narkotik maddələrin dövriyyəsində də ittiham olunurlar. 31-39 yaş arası cinayətkarlar bir müddət Kataloniya ərazisində yaşadıqdan sonra Belçika və digər Avropa ölkələrinə getməyi planlaşdırdıqlarını da deyiblər.
Məlumatı İspaniyanın Daxili İşlər Nazirliyi yayıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]