CƏMİYYƏT


İstedadlı və yaradıcı gənclərin iştirakı ilə “Yaradıcılıq emalatxanası – 2” düşərgəsi keçirilir

Bakı, 11 iyul, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 19-dək Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində istedadlı və yaradıcı gənclərin iştirakı ilə “Yaradıcılıq emalatxanası – 2” düşərgəsi keçirilir. İyulun 9-dan start götürən düşərgəyə təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələrə marağı olan gənclər qatılıb.

AZƏRTAC xəbər verir ki, düşərgənin keçirilməsində məqsəd istedadlı gənclərin sosial, yaradıcı fəallığının və təşəbbüskarlığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.

Xatırladaq ki, ilk dəfə 2016-cı ildə keçirilmiş “Yaradıcılıq emalatxanası” düşərgəsində 100 gənc iştirak edib.

Bu il də düşərgədə iştirakla bağlı Təşkilat Komitəsinə 600-dən çox ərizə daxil olub, müsahibə əsasında 100-dək gəncin namizədliyi təsdiqlənib.

Düşərgədə yaradıcılıq emalatxanaları, nəzəri və praktiki məşğələlər, yaradıcılıq müsabiqələri, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, diskoteka, gülüş axşamları, masaüstü, intellektual və idman oyunları, yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.