REGİONLAR


İyulda “Astara” ES-də 12,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Cari ilin iyulunda “Astara” elektrik stansiyasında (ES) 12,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Ötən 7 ay ərzində isə burada elektrik enerjisi istehsalı 98,7 milyon kilovat-saata yaxın olub.

Qeyd edək ki, stansiya fəaliyyətə başladığı dövrdən indiyə kimi, o cümlədən cari ilin ötən 7 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynayıb.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Astara” ES-də avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Cari ilin son üç ay ərzində ES-də növbəti istismar həddinə uyğun olaraq müvafiq aqreqatlarda (7 ədəd porşen tipli aqreqatda) texniki qulluq işləri yerinə yetirilib və bir neçəsində (üç ədəd porşen tipli aqreqatda) müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda, yaz-yay daşqın sularından mühafizə məqsədilə stansiya ərazisində müvafiq tədbirlər həyata keçirilib. Stansiyada yay mövsümünə hazırlıqla əlaqədar yanğına qarşı təhlükəsizlik tədbirləri də gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.