DÜNYA
Kaliforniyada meşə yanğınları tüğyan edir
Bakı, 3 avqust, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında böyük meşə yanğınları ara vermir.
AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, ştatın daha 10 min nəfər sakini təxliyə edilib. Bir sıra avtomobil yolları bağlanıb. Yanğınsöndürənlər yanğının təhlükəli olduğunu, vəziyyətin cəmi beş faizinə nəzarət etdiklərini bildirirlər.
İyunun 29-da başlayan yanğın artıq 19 min hektar sahəni əhatə edib. Alov onlarla binanı məhv edib, altı min ev isə təhlükəli zonada yerləşir.
ABŞ-ın alova bürünmüş şimal ştatında fövqəladə vəziyyət elan olunub. Güclü quraqlıq vəziyyəti daha da ağırlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]