DÜNYA


Karla del Ponte BMT-nin Suriyada insan haqları üzrə komissiyasını tərk edir

Bakı, 7 avqust, AZƏRTAC

BMT-nin Suriyada insan hüquqlarının pozulmasının təhqiqatı üzrə müstəqil beynəlxalq komissiyasının üzvü Karla del Ponte istefa ərizəsini yazıb və yaxın günlərdə onu təqdim etmək niyyətindədir.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, bu barədə o, İsveçrənin “Blick” jurnalına bildirib.

Karla del Ponte öz qərarını komissiyanın işinin nəticəsiz olması ilə əlaqələndirib.

Hüquqşünas heç bir iş görməyən komissiyanın üzvü olmaq istəmədiyini deyib. Həmçinin o, BMT-nin Təhlükəsizlik Şurasının ədalət axtarmadığını qeyd edib.

Karla del Ponte əvvəllər Birləşmiş Millətlər Təşkilatının Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın və Ruanda üzrə Tribunalın prokuroru vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.