İDMAN


Lempard peşəkar futbolçu karyerasını başa vurub VİDEO

Bakı, 3 fevral, AZƏRTAC 

“Çelsi” klubu və İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard peşəkar karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi bu qərarını şəxsi “İnstagram” sosial səhifəsində açıqlayıb.

Əvəzolunmaz 21 il sonra peşəkar futbolçu karyerasini bitirməyin vaxtı gəldiyini deyən Lempard bəzi təkliflərə baxmayaraq həyatında yeni səhifə açmağa qərara alıb. İngiltərəli yazısında birgə çalışdığı mütəxəssislərə, futbolçulara, eləcə də azarkeşlərə minnətdarlığını ifadə edib.

Karyerasına “Vest Hem” komandasından başlayan veteran futbolçu, “Suonsi”, “Mançester Siti”, “Çelsi”, və “Nyu-York Siti” klublarında forma geyinib.

2001-ci ildən London klubuna transfer olunan ingiltərəli futbolçu 13 il ərzində “Çelsi” tarixində ən güclü bombardir olub. O, doğma klubu ilə 648 oyuna 211, İngiltərə millisi ilə isə 106 oyuna 29 qola imza atıb. Lempard “Çelsi”nin heyətində Çempionlar Liqası, Avropa Liqası, üç dəfə İngiltərə Premyer Liqası və dörd dəfə ölkə kubokunun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.