İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra sığorta növləri üzrə fəaliyyətin aparılmasına dair icazə verib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 oktyabr 2016-cı il tarixli qərarına əsasən, “Günay Sığorta” ASC və “Qala Sığorta” ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılması üçün icazə verilib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, “Günay Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri, “Qala Sığorta” ASC tərəfindən isə “Sərnişinlərin icbari fərdi qəza sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin alınması ilə bağlı müraciət edilib.

Hər iki sığortaçı tərəfindən Palataya daxil olmuş müraciətlər müsbət dəyərləndirilib və qeyd olunan icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına dair qərar qəbul edilib.

Direktorlar Şurasının iclası zamanı, həmçinin lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-ə çevrilməsinə dair razılıq verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.