MƏDƏNİYYƏT


“Mənim rəsmim” adlı müsabiqənin nəticələri açıqlanıb

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Bakıda “Mənim rəsmim” adlı yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Park Bulvar”da gerçəkləşən tədbir Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Ümumdünya Uşaqların Müdafiəsi Gününə həsr olunmuş müsabiqə milli naxışlara və ornamentlərə olan marağın artırılmasına yönəlib.

Tədbirdə layihənin rəhbəri Rəsminə Qürbətova bildirib ki, qısa zamanda iştirakçıların qəlbinə yol tapan müsabiqə milli irsimizə və dəyərlərimizə olan böyük sevginin göstəricisidir.

“Müsabiqənin məqsədi balaca fırça ustalarının və gələcək dizaynerlərin ornamentlərə maraqlarını artırmaq, milli naxışlarımızın tarixi dəyərlərini gələcək işlər üçün ilham mənbəyinə çevirməkdən ibarətdir”, - deyə R.Qürbətova bildirib.

Qeyd edək ki, müsabiqədə 6-15 yaşarası uşaqlar iştirak edib. İştirakçılar 3 yaş kateqoriyası üzrə (6-8, 9-12, 13-15) və hər kateqoriyadan bir nəfər qalib olmaqla seçiliblər. Qaliblər bir sıra diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.