CƏMİYYƏT


Meşə yanğınlarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülür

Bakı, 7 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların başvermə ehtimalının artmasını nəzərə alaraq qabaqlayıcı tədbirlər həyata keçirir.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun və Fövqəladə Hallar Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq, meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə yanğın əleyhinə mineral zolaqlar çəkilib, əvvəlki illərdə çəkilmiş köhnə zolaqlar təmir edilib və budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqla təchiz olunub, növbətçiliklər təşkil edilib, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət olunmasına dair fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb, maarifləndirici lövhələr quraşdırılıb.

Nazirlik havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.