DÜNYA


Moldovanın Baş naziri BMT-ni dondurulan münaqişələrin həllinə kömək etməyə çağırıb

A+ A

Kişineu, 24 sentyabr, AZƏRTAC

AZƏRTAC Moldova KİV-lərinə istinadən xəbər verir ki, ölkənin Baş naziri Pavel Filip BMT və digər beynəlxalq təşkilatları dondurulan münaqişələrin həllinə kömək göstərməkdə daha fəal olmağa çağırıb. BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələrində çıxış edərkən baş nazir, həmçinin Baş Assambleyanın gündəliyinə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM məkanında dondurulan münaqişələrlə bağlı bəndin daxil edilməsini təqdir edib.

P.Filip vurğulayıb: “Bəzisi, məsələn, Moldovadakı kimi 25 il davam edən dondurulan münaqişələr, GUAM dövlətlərindəki siyasi vəziyyətə və milyonlarla insanın həyatına mənfi təsir göstərməkdə davam edir”. Moldova Baş nazirinin sözlərinə görə, ölkə rəhbərliyi bölgəyə xüsusi hüquqi statusun verilməsi ilə Dnestryanı münaqişəyə dair sülh sazişi imzalamağa hazırdır. Lakin bu, Moldova Respublikasının ərazi bütövlüyü prinsipi çərçivəsində olmalıdır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.