MƏDƏNİYYƏT


Musiqili Teatrda həftəsonu dörd tamaşa nümayiş olunacaq

A+ A

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu dörd tamaşa nümayiş olunacaq.

Musiqili Teatrından AZƏRTAC-a bildirilib ki, dekabrın 17-i və 18-də “O olmasın, bu olsun”, “Yatmış gözəl və cırtdanlar”, “Toya bir gün qalmış” və “Yağış göbələyinin macərası” tamaşaları təqdim olunacaq. Nümayiş olunacaq səhnə əsərlərində teatrın sevimli aktyorları – Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov və başqaları çıxış edəcəklər.

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, dekabrın 17-də “Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində, dekabrın 18-də isə “Yağış göbələyinin macərası” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.