REGİONLAR
Müstəqil Azərbaycanda sərhəd qoşunlarının yaradılması Ulu Öndərin adı ilə bağlıdır
Naxçıvan, 11 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyev tərəfindən milli ordunun formalaşması, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, bu fikir Naxçıvan Əlahiddə Sərhəd Diviziyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Diviziyanın zabiti, polkovnik-leytenant Hamlet Qurbanov çıxış edərək vurğulayıb ki, Azərbaycanda milli sərhəd qoşunlarının yaradılması və fəaliyyətinin səmərəli təşkili görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün hər bir Azərbaycan sərhədçisi sərhədlərimizin toxunulmazlığını qorumaq üçün bütün qüvvə və bacarığını səfərbər edib.
Tədbirin bədii hissəsində hərbi hissənin orkestri, Culfa şəhər uşaq musiqi məktəbinin kollektivi, hərbi hissənin uşaq bağçasının balaca fidanları konsert proqramı ilə çıxış ediblər.