DÜNYA
NORVEÇ ALİMLƏRİNİN MÜHAZİRƏSİ
Fevralın 12-də Qərb Universitetində Norveçin Stavanger şəhərindəki Roqaland Tədqiqat İnstitutunun elmi əməkdaşları İren Berqlot Dale və Tor Byörne Olson “İş yerində mədəni rəngarənglik: nəzəri perspektivlər və Norveçin nümunələri” mövzusunda mühazirə oxumuşlar. Alimlərin Azərbaycana səfərini Norveçin “Statoyl” neft şirkəti təşkil etmişdir.
Şirkətdən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, bu alimlər kollektivdə mədəni rəngarənglik və ünsiyyət , təhlükəsizlik, sağlamlıq və işguzar şərait problemlərinə həsr olunmuş tədqiqatları ilə Norveçdə məhşurdurlar.
Mühazirədə mədəniyyət və etnik münasibətlərə dair müxtəlif perspektivlərə toxunulmuş, habelə rəngarəngliyin şirkətlər üçün necə faydalı ola biləcəyi problemi araşdırılmışdır. Bildirilmişdir ki, hazırda “Statoyl” şirkəti əməkdaşlarının 40 faizə qədəri norveçli deyildir.