CƏMİYYƏT


Nardaran məktəbində Xalq Şairi Nəriman Həsənzadə ilə görüş olub

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu əlamətdar günün yaranması tarixindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsinin əhəmiyyəti vurğulanıb.

Komitənin sədri Hicran Hüseynova bildirib ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. O qeyd edib ki, dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın görünür.

Sonra 295 nömrəli məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrailova ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq, məktəbliləri Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Görüşdə Nəriman Həsənzadənin yaradıcılığı barədə ətraflı məlumat verilib. Şagirdlər şairin şeirlərini səsləndiriblər. Sonra Xalq Şairi məktəbə öz kitablarını hədiyyə edib.

Tədbir Nardaran məktəblilərinin hazırladığı bədii-musiqili proqramla davam etdirilib. Şairin əsərlərinin motivləri əsasında səhnəcik göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.