DÜNYA
Neapol yaxınlığında yaşayış binasının uçması nəticəsində 8 nəfər həlak olub
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 7-də Neapol yaxınlığında yerləşən Torre-Annunsiata şəhərciyində yaşayış binasının uçması nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə əyalətin yanğınsöndürmə xidmətinin başçısı Emanuele Frankulli bildirib.
Hazırda itkin düşən insanlar qalmadığı üçün xilasetmə əməliyyatı dayandırılıb.
Torre-Annunsiata prokurorluğu fakt üzrə təhqiqata başlayıb. Binanın 2-ci və 3-cü mərtəbəsində aparılan təmir işləri ilə bağlı bələdiyyədə saxlanan bütün sənədlər araşdırılır. Təhqiqat zamanı məlum olub ki, yuxarı mərtəbənin sakinləri divarlarda çoxsaylı çatlaqların əmələ gəlməsinə görə dəfələrlə şikayət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]