İQTİSADİYYAT


Neft bazarında sabitliyin bərpası məqsədilə ekspertlərin növbəti görüşü noyabrın 26-28-də keçirilə bilər

A+ A

Bakı, 14 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neft bazarında sabitliyin bərpa edilməsi üçün ekspertlərin növbəti məsləhətləşmələri noyabrın 26-28-də keçirilə bilər.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Bu işdə mərhələli şəkildə hərəkət etmək lazımdır. Növbəti mərhələ isə noyabrın 26-28-dədir. Ekspertlər bir daha görüşərək Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) noyabrın 30-da Vyanadakı toplantısından əvvəl son rəqəmlərə baxacaq və düzəlişlər edəcəklər”, - deyə A.Novak bildirib.

Rusiyanın da məsləhətləşmələrdə iştirak edəcəyini xatırladan nazir qeyd edib ki, həmin görüşdə OPEC üzvləri və kartelə üzv olmayan neft hasil edən ölkələrin nümayəndələri iştirak edəcəklər. Nazir görüşün nəticələrinə dair proqnoz vermək istəyib: “Biz fevral və apreldə olduğu kimi, indi də hasilatın “dondurulması” siyasətini öndə tuturuq. Gələn il Rusiyanın neft şirkətlərinin hasilatı artırmaları proqnozlaşdırılır. Noyabr sammitində hasilatın “dondurulması” ilə bağlı qərar qəbul olunarsa, bu, Rusiya üçün hasilatın azaldılmasına bərabər olacaq. 2017-ci ildə Rusiyanın neft hasilatını gündəlik 200 min barrel artırması nəzərdə tutulur”.

A.Novak bildirib ki, 2017-ci ildə qlobal neft tələbatının gündəlik 1,2 milyon barrel artacağı proqnozlaşdırılır. Hasilatın “dondurulması” isə kifayət edəcək ki, hazırda qlobal bazarda olan əlavə neft təklifi gələn il tələbatla tarazlaşsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.