DÜNYA


Nigeriyada neft boru kəmərinə qarşı təxribat törədilib

A+ A

Bakı, 9 iyul, Nihad Budaqov, AZƏRTAC

Nigeriyanın Bayelsa əyalətində İtaliyanın neft şirkətinə məxsus “Agip Brass” boru kəmərinə qarşı təxribat törədilib.

AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, Bayelsa əyalətinin təhlükəsizlik və mülki müdafiə komandiri Desmond Aqu həmkarlarının boru kəmərinə hücum təşkil edən iki gəmidə olan silahlı qruplarla qarşıdurmalarının davam etdiyini deyib.

Hücumu “Niger Delta İntiqamçıları” adlı bir qrup öz üzərinə götürüb.

Qeyd edək ki, bu, “Agip Brass” boru kəmərinə qarşı törədilən ilk təxribat deyil. “Niger Delta İntiqamçıları” adlı qrup əvvəllərdə də ölkədəki müxtəlif neft boru kəmərlərinə hücumlar reallaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.