DÜNYA


Nyu-York polisi Hillari Klintonun qərargahının təxliyəsinə səbəb olan məktubdakı tozu təhqiq edir

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Nyu-York polisi ABŞ Prezidenti vəzifəsinə Demokratlar partiyasından namizəd Hillari Klintonun seçki qərargahının şöbələrindən birinə göndərilən məktubun içərisində aşkarlanan ağ rəngli tozun tərkibini araşdırır.

AZƏRTAC “New York Post” qəzetinə istinadla xəbər verir ki, oktyabrın 21-də Hillari Klintonun seçki qərargahının Bruklin şöbəsi göndərilən məktubda şübhəli maddənin aşkarlanması səbəbindən təxliyə olunub.

Polisin məlumatına əsasən, məktubu qərargahın iki əməkdaşı açıb. Tozun tərkibi və təhlükəli olub-olmadığı araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.