MƏDƏNİYYƏT


“Onun atası” filminin beynəlxalq premyerası

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

İtaliyada rejissor Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası keçirilib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, film 17-ci “Asiatica, Encounters with Asian Cinema” film festivalının “Panorama” müsabiqə proqramında nümayiş etdirilib.

Festival oktyabrın 2-dək İtaliyanın paytaxtı Romada davam edəcək.

Qeyd edək ki, “Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filmin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.