CƏMİYYƏT
Özəl tibb müəssisələrinin rəhbərləri və kadrlar üzrə mütəxəssisləri üçün təlimlər keçiriləcək
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim özəl tibb müəssisələrinin rəhbərləri və kadrlar üzrə mütəxəssisləri üçün nəzərdə tutulur. Təlim iki hissədən ibarət olacaq. Nəzəri hissədə kadr işinin təşkili, işçi heyətin şəxsi işlərinin formalaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində tibbi praktika ilə məşğul olması, xaricdə təhsil almış şəxslərin diplomunun nostrifikasiyası, həkim və orta tibb işçilərinin sertifikasiyası qaydaları, o cümlədən işçi heyətlə əmək münasibətlərinin qanunvericiliyə əsasən tənzimlənməsi barədə ətraflı məlumat veriləcək.
Təcrübi hissədə isə təlim iştirakçıları özəl tibb müəssislərində çalışan tibb heyətinin vahid registrdə qeydiyyatı, həkim və orta tibb işçilərinin təkmilləşdirmə kurslarına göndərilməsi (elektron müraciət) qaydalarını öyrənəcək, eləcə də elektron əmək müqaviləsi və sağlamlıq kartları barədə biliklərə yiyələnəcəklər.
Təlimdə iştirak etmək istəyənlər oktyabrın 1-dək [email protected] ünvanında qeydiyyatdan keçməlidirlər.