İQTİSADİYYAT


“Petronas” könüllü olaraq neft hasilatını azaldacaq

A+ A

Bakı, 21 dekabr, Nihad Budaqov, AZƏRTAC

“Petronas” şirkəti Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və kartelə üzv olmayan neft hasilatçısı ölkələrin dekabrın 10-da Vyana razılaşmasına uyğun olaraq 2017-ci ilin yanvarından başlayaraq Malayziyanın xam neft istehsalına könüllü düzəlişlər edəcək.

AZƏRTAC “Petronas”a istinadla xəbər verir ki, şirkət bazarlarda hökm sürən şəraiti və perspektivləri nəzərə alaraq, hasilat kvotasına düzəliş nəticəsində ölkənin xam neft istehsalı 2016-cı ildəki orta hasilatdan gündəlik 20 min barrel aşağı olacaq.

Qeyd edək ki, “Petronas” şirkəti “Şahdəniz” layihəsində və Cənubi Qafqaz Boru Kəməri şirkətində 15,5 faizlik iştirak payına sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.