DÜNYA


Portuqaliyada yenidən güclü meşə yanğınları başlayıb

Bakı, 22 iyul, AZƏRTAC

Uzun sürməyən sakitlikdən sonra Portuqaliyanın mərkəzi hissəsində yenidən güclü meşə yanğınları baş qaldırıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bazar günü fəlakətlə mübarizədə 2300 yanğınsöndürən iştirak edib. Güclü külək səbəbindən alov daha sürətlə yayılır. Ən böyük yanğınlar Kaştelu-Branku dairəsinin Serta şəhərində qeydə alınıb. Burada alovla mübarizəyə cəlb olunmuş 800 yanğınsöndürənə yerli sakinlər də kömək göstərirlər. Koimbra dairəsində evkalipt meşəsi yanır, bura 600 xilasedici gəlib. Portaleqri dairəsində isə meşə yanğınları iki yaşayış məntəqəsinə yaxınlaşıb.

Xatırladaq ki, bir ay əvvəl Portuqaliya tarixində ən böyük meşə yanğınlarından biri baş vermişdi. Nəticədə 30 min hektar meşə sahəsi yanmış, 64 nəfər həlak olmuş, 200-dən çox insan xəsarət almışdı. Təxminən 30 nəfər meşə yolunda öz avtomobillərində yanaraq və ya tüstüdən boğularaq həyatını itirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.