İDMAN


“Qəbələ” klubu “Nürnberq”in futbolçusu ilə üçillik müqavilə imzalayıb

Bakı, 8 iyul, AZƏRTAC

2017/2018-ci il mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famoussa Kone ilə anlaşan “qırmızı-qaralar” Deyv Bultuisi də heyətinə qatıb.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı hollandiyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına da Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub. 2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.