REGİONLAR
Qəbələdə “Mercedes” ağaca çırpılıb, ölən və xəsarət alan var VİDEO
Qəbələ, 19 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə gecə saat 1:30 radələrində Qəbələ-Oğuz avtomobil yolunda, Nic qəsəbəsi ərazisində qeydə alınıb. Qax rayon sakini, 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun idarə etdiyi 99-EK-352 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Avtomobil əzilərək yararsız hala düşüb.
Hadisə zamanı 24 yaşlı sürücü İntiqam Qaracayev ölüb. Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış İntiqam Qaracayevin meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qəza zamanı avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Abbasova Esmira Əsədəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.