İDMAN


“Qəbələ”nin U-11 komandası beynəlxalq turnirdə dörddəbir finala yüksəlib

Bakı, 30 may, AZƏRTAC

Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə futbol turnirində qrup mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası üçüncü turda yerli “Telavi” ilə qarşılaşıb.

Namiq Əliyevin baş məşqçisi olduğu komandamız ardıcıl ikinci böyük hesablı qələbəsini qazanıb – 5:0. “Qırmızı-qaralar”ın heyətində Həsən Nəzərli, Cümə Hüseynov, İlkin Budaqov, Ziya Şəkərxanov və Samir Musayev qol sevinci yaşayıblar.

İlk turda Tbilisi “Dinamo”suna 1:3 hesabı ilə uduzub, ardınca “Saburtalo-2”ni 4:0 hesabı ilə məğlub edən “Qəbələ” qrup mərhələsini 6 xalla tamamlayıb. “Qırmızı-qaralar” bu nəticə ilə dörddəbir finala yüksəliblər.

Mayın 31-də baş tutacaq qarşılaşmada komandamızın rəqibi “Saburtalo” olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.